Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2024 19:32
"Real"ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemin sevgilisi Laura Selia Volk növbəti dəfə diqqət mərkəzinə düşüb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, "Victoria's Secret" brendinin reklam siması olub. Bununla bağlı artıq fotosessiyada iştirak edib.
Lauranın "İnstaqramda 502 min izləyicisi var və əvvəllər "PrettyLittleThing" kimi brendlərlə əməkdaşlıq edib. Model eyni zamanda sosial media konsultasiyasına sahibdir.
Qeyd edək ki, 20 yaşlı ulduz futbolçu 25 yaşlı niderlandlı modellə bu ildən artıqdır görüşür.