Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan

Dünyanın taleyi 5 ölkədən asılıdır - Ərdoğan

Tarix: 13 Iyun 2024 20:00

Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin (BMT TŞ-nin 5 daimi üzvü - red.) əlindədir. Bu 5 ölkədən biri "yox" dediyi zaman məsələ bitir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən media konfransında deyib.

"Son olaylarda da bu 5 ölkədən biri İsrailin tərəfində yer alır. Uşaqlar, qadınlar, jurnalistlər ölür, əhəmiyyət vermirlər", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri İspaniyanın Fələstini tanınmaq qərarını bir daha alqışladığını bildirib və bu sıraya daha çox ölkəni qoşulmasının vacibliyini qeyd edib.


Etiketlər:  Dünyanın taleyi ölkədən asılıdır Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ