Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 02:08
"Qatar Airways" aviaşirkətinin Afina-Doha istiqamətində olan "QR204" reysində sərnişinlər çətin anlar yaşayıblar.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, belə ki, Yunanıstanın paytaxtından Qətərin paytaxtına doğru səfər edən təyyarənin kondisioner sistemi sıradan çıxıb.
Nəticədə, göyərtədə temperatur 38 dərəcəyə qədər yüksəlib. Buna dözə bilməyən bəzi sərnişinlər huşunu itiriblər.