Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2024 20:38
İsveçrə yığması Avropa çempionatlarının final mərhələlərində tarixi uğuruna əlavə rəng qatıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, 1996-cı ildən debüt etdiyi həlledici mərhələlərdə 6-cı cəhdinə çıxan komanda 2008-ci ildə qazandığı ilk qələbənin günündən (15 iyun) düz 16 il sonra meydandan qalib ayrılıb.
Həmin vaxt III turda Portuqaliyanı 2:0 hesabı ilə məğlub edən isveçrəlilər bu dəfə ilk turda Macarıstandan güclü olublar - 3:1.
Kölndə fərqlənən futbolçular - Kvadvo Dua, Mişel Ebişer, Brel Embolo final mərhələsində ilk dəfə qol sevinci yaşayıblar. Bunadək isveçrəlilərin 16 qoluna 7 futbolçusu imza atmışdı. Artıq bu say 10-a yüksəlib.
Embolo isə yığmasının Avropa çempionatları final mərhələlərində ən gec qolununun müəllifi kimi tarixə düşüb. O, 90+3-cü dəqiqədə rəqib qapısına yol tapıb.