Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2024 21:56
Yaponiyanın Okinava prefekturasının inzibati mərkəzi olan Naha şəhərində güclü yağışlar fonunda torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar 313,7 min sakinin təxliyəsi elan edilib.
Sonxeber.net bu barədə oxu.az-a istinadən xəbər verir.
"İyunun 14-də Naha şəhər hakimiyyəti səhər saat 10:20-də şəhər üzrə 160 044 evdən olan 313 795 nəfərin evakuasiyası ilə bağlı əmr verib", - məlumatda bildirilir.
Şəhərdə beş mümkün təhlükə səviyyəsindən dördüncüsü elan edilib. Təhlükəli ərazilərdən sığınacaqlara təxliyə etmək tövsiyə olunur.