Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xanımı ekzotik macəra istəyir: Ərəblərin təklifi onları dəli edib - FOTOlar

Xanımı ekzotik macəra istəyir: Ərəblərin təklifi onları dəli edib - FOTOlar

Tarix: 17 Iyun 2024 03:04

"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne bu yay böyük pullar üçün Səudiyyə Ərəbistanına köçə biləcəyini açıqlayaraq hər kəsi şoka saldı.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, "Siti" ilə müqaviləsinin bitməsinə cəmi bir il qalmış həyat yoldaşı və ailəsi ilə bunu müzakirə edir:

"Mişel üçün ekzotik macəra normaldır. Bütün ailəmiz bu barədə daha tez-tez danışır. Mənim yaşımda hər şeyə açıq olmalısan. Karyeramı bitirə biləcək inanılmaz miqdarda puldan danışırsınız. Bəzən bu barədə düşünmək lazımdır".

Ulduz futbolçu karyerasının sonlarında qısa müddət ərzində Ərəbistan macərası ilə böyük pullar qazanmaq istəyir:

"Orada iki il oynasam, inanılmaz miqdarda pul qazana bilərəm. Bunu üçün Avropada daha 15 il futbol oynamalıyam. Amma hazırda bu barədə düşünmək məcburiyyətində deyiləm".

Milli.Az


Etiketlər:  Xanımı ekzotik macəra istəyir Ərəblərin təklifi onları dəli edib FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ