Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda parlament binası yaxınlığında müxalifətin mitinqi keçirilir

Ermənistanda parlament binası yaxınlığında müxalifətin mitinqi keçirilir

Tarix: 17 Iyun 2024 20:56

Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" hərəkatının mitinqi keçirilir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq", - Qalstanyan mitinqdə bildirib.

Qeyd edək ki, iyunun 12-də aksiya zamanı polislə müxalifətçilər arasında toqquşma olub, etirazçılara xüsusi vasitələrdən istifadə edib. 90-dan çox insan kömək üçün tibb müəssisələrinə müraciət edib. Kütləvi iğtişaşlarda iştirak maddəsi ilə 8 nəfərə qarşı cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Ermənistanda parlament binası yaxınlığında müxalifətin mitinqi keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ