Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya səfiri İsveç XİN-ə çağırıldı

Rusiya səfiri İsveç XİN-ə çağırıldı

Tarix: 18 Iyun 2024 20:52

Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İsveç XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, buna səbəb mayın 14-də Rusiya təyyarəsinin krallığın hava məkanını pozması göstərilir.

"İyunun 18-də İsveç Rusiya səfirinə öz mövqeyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb", - məlumatda vurğulanıb.


Etiketlər:  Rusiya səfiri İsveç XİN çağırıldı


RƏYLƏR