Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarədə qəribə OLAY: sərnişin polisi dişlədi

Təyyarədə qəribə OLAY: sərnişin polisi dişlədi

Tarix: 19 Iyun 2024 14:58

"British Airways" şirkətinə məxsus təyyarədə qadın sərnişinin qalmaqal salması nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Lanzarotedən Qatvikə uçan təyyarənin göyərtəsində baş verib. Havaya qalxmazdan əvvəl təyyarənin kapitanı göyərtədə iki sərxoş qadının dava-dalaş saldığını bildirib.

Hadisə yerinə gələn polis kabinəni tərk etməyi tələb edib və sərnişinlərdən biri könülsüz və qəzəbli şəkildə hamıya hücum edərək  bortdan düşüb. Digər britaniyalı qadın heç yerə getməmək üçün biletin pulunu ödədiyini deyib. Daha sonnra qadın polislərdən birinin üstünə cumaraq onun qolunu dişləyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının səylərinə baxmayaraq, britaniyalı qadını sakitləşdirmək mümkün olmayıb. O, yenidən başqa polislərin üstünə hücum çəkib onları da zədələyib.

Sonda isə polis əməkdaşları onun əllərini qandallayıb təyyarədən düşürüblər.

Milli.Az


Etiketlər:  Təyyarədə qəribə OLAY sərnişin polisi dişlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ