Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur idmançı və deputat islam dinini qəbul etdi

Məşhur idmançı və deputat islam dinini qəbul etdi

Tarix: 20 Iyun 2024 00:24

Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson islamı qəbul edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a idmançı özü məlumat verib.

Monson çərşənbə günü Moskvada şəhadəti (kəlimeyi-şəhadət - red.) dilə gətirib..

"Mən islamı şüurlu şəkildə qəbul edirəm. Bu çətin zamanda qardaşlarımla çiyin-çiyinə dayanmaq istəyirəm. Bu barədə çox düşünmüşəm, lakin bu, həlledici addımdır", - Monson deyib.

Monsonun 53 yaşı var və 60 qələbə, 26 məğlubiyyət və 1 heç-heçə rekorduna malikdir.

Monson 2018-ci ildə ABŞ vətəndaşlığından imtina edib, Rusiya Federasiyasının vətəndaşı olub. 2023-cü ilin sentyabrında Vahid Rusiya Partiyasından Başqırdıstan Dövlət Məclisinə deputat seçilib.

Milli.Az


Etiketlər:  Məşhur idmançı deputat islam dinini qəbul etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ