Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şotlandiya millisinin baş məşqçisi: ''Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi''

Şotlandiya millisinin baş məşqçisi: ''Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi''

Tarix: 20 Iyun 2024 07:48

Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Şotlandiya millisinin baş məşqçisi Stiv Klark İsveçrə ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis ilk oyundan fərqi olaraq ikinci matçda yaxşı çıxış etdiklərini bildirib: "Öz oyunumuzu göstərə biləndə yaxşı kollektivə çevrilirik. Almaniya ilə oyunu unutmalıyıq, çox ağır gecə idi. Bu gün hücuma keçmək, top qovmaq və rəqibin cərimə meydançasında təhlükə yaratmaq əzmindəydik. İsveçrə çox yaxşı komandadır".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün A qrupunun matçında Şotlandiya İsveçrə yığması ilə heç-heçə edib - 1:1.

Milli.Az


Etiketlər:  Şotlandiya millisinin baş məşqçisi Almaniya ilə oyunu unutmalıyıq çox ağır gecə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ