Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş halda saxlanılan Castinin fotosu yayıldı

Sərxoş halda saxlanılan Castinin fotosu yayıldı

Tarix: 20 Iyun 2024 09:05

İki gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilən Castin Timberleykin fotosu internetdə yayılıb.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, şəkil Nyu-Yorkun Saq-Harbor kurort şəhərindəki polis tərəfindən paylaşılıb.

Mətbuatda yayılan məlumatlara görə, polis onu saxlayarkən ifaçını tanımayıb. Dayanma nişanının tələbinə əməl etməyən müğənnini polis təqib etməyə başlayıb. Sənətçi qaçmağa çalışsa da, polislər onu dayandırıblar.

Ayıqlıq testindən keçməsi istənilən Castin Timberleyk bundan imtina edib. O, daha sonra zaminə buraxıldıqdan sonra polis bölməsini tərk edib.

Qeyd edək ki, ifaçı çərşənbə axşamı ittiham olunacaq.


Etiketlər:  Sərxoş halda saxlanılan Castinin fotosu yayıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ