Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa polisi Yeni Kaledoniyadakı etirazlara rəhbərlik edən liderlərdən birini həbs edib

Fransa polisi Yeni Kaledoniyadakı etirazlara rəhbərlik edən liderlərdən birini həbs edib

Tarix: 20 Iyun 2024 12:18

Fransa polisinin keçirdiyi əməliyyat nəticəsində Yeni Kaledoniyada milli azadlıq hərəkatının liderlərindən biri, Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian və daha səkkiz fəal saxlanılıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,"Haber Global" televiziya kanalında yayımlanan süjetdə qeyd olunur ki, həbsindən əvvəl Ten Kristian mətbuat konfransı keçirərək müstəmləkəçilik siyasətindən əziyyət çəkən yerli sakinlərə müraciət etməyə hazırlaşıb. Bundan xəbər tutan Fransa polisi adada xüsusi əməliyyat həyata keçirərək onu həbs edib.

Qeyd olunur ki, Fransa Prezidenti Emmanuel Makronun Yeni Kaledoniyaya səfəri zamanı görüşdüyü yerli fəallar arasında Ten Kristian da olub.

Milli.Az


Etiketlər:  Fransa polisi Yeni Kaledoniyadakı etirazlara rəhbərlik edən liderlərdən birini həbs edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ