Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyor vəfat etdi - FOTO

Məşhur aktyor vəfat etdi - FOTO

Tarix: 20 Iyun 2024 22:50

Kanadalı aktyor Donald Sazerlend uzun sürən xəstəlikdən sonra 88 yaşında Mayamidə vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aktyorun ölümünə dair məlumatı iyunun 20-də oğlu Kifer Sazerlend sosial şəbəkə hesablarında paylaşıb.

"Atam Donald Sazerlendin vəfat etdiyinə dair məlumatı ürək ağrısı ilə sizinlə bölüşürəm. Şəxsən mən onu kino tarixinin ən önəmli aktyorlarından biri hesab edirəm", - Kifer Sazerlend qeyd edib.

50 ildən çox davam edən kino karyerası ərzində Donald Sazerlend 140 film və serialda çəkilib. O, Emmi (1995) və Qızıl Qlobus (1996; 2003) mükafatlarının və fəxri Oskar laureatıdır.

Milli.Az


Etiketlər:  Məşhur aktyor vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ