Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2024 23:26
Moskva təhlükəsizlik məsələlərini NATO ilə müzakirə etməyə hazırdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə keçirilən görüşdə deyib.
O qeyd edib ki, Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İqtisadi İttifaqı (Aİİ), BRİKS, digər beynəlxalq qurumlarla, o cümlədən Avropa və NATO ilə əsas, həyati vacib təhlükəsizlik məsələlərini geniş müzakirə etməyə hazırdır.