Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2024 08:40
Çin Dövlət Şurasının Baş naziri Li Tsyan Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeklə görüşdən imtina edib.almaniya
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Welt" nəşri Almaniyanın nümayəndə heyətindəki mənbələrə istinadən məlumat yayıb.
"Vitse-kansler Robert Habek (Yaşıllar Partiyası) Çinə səfəri zamanı vacib görüşü ləğv etmək məcburiyyətində qalıb. Baş nazir Li Tsian ilə şənbə günü gözlənilən görüş baş tutmayacaq", - nəşr yazıb.
Pekin, Şanxay və Hançjoudakı həmkarları ilə görüşmək üçün cümə günü Çinə gələn Habek özü Li ilə görüşün niyə baş tutmayacağı barədə heç bir fikri olmadığını söyləyib.