Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2024 10:42
Bu gün Gürcüstanın Batumi şəhərində şahmat üzrə Dünya Kuboku start götürəcək.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, FİDE-nin yeni yarışında 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar mübarizə aparacaq.
Azərbaycanı yarışda 14 zəka sahibi təmsil edir. Batumidə Mahir Vahidov, Daniel Konovalov, Yağmur Muradlı, Zərinə Mustafayeva (U-8), Yasin Əzimov, Səfa Hümmətov, Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Xədicə Babazadə (U-10), Şəmsi Qaraxanov, Suat İbrahimli, Əsnad Baxşızadə və Leyla Mirzəliyeva (U-12) çıxış edəcəklər. Yığmamız turnirdə Fərid Abbasovun rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, Dünya Kubokuna 37 ölkədən şahmatçılar qatılıb.