Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya millisinin baş məşqçisi: İsveçrə güclü rəqibdir

Almaniya millisinin baş məşqçisi: İsveçrə güclü rəqibdir

Tarix: 24 Iyun 2024 06:34

İsveçrə güclü rəqibdir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Macarıstan ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis A qrupunu birinci sırada başa vurduqlarına görə sevincli olduğunu söyləyib: "Heç-heçə etsək də, qrupu lider olaraq tamamladıq, bu sevindiricidir. İsveçrə güclü rəqibdir. Oyunda geridönüş yaradaraq 1 xal qazandığımız üçün xoşbəxtəm. Buna layiq idik. Start heyətini müəyyənləşdirmək üçün rəqib komandanı əvvəlcə təhlil edirik. Ehtiyat oyunçular skamiyasında oturan Niklas Fullkruqun oyuna daxil olaraq növbəti dəfə qol vurması əladır".

Qeyd edək ki, A qrupunun matçında Almaniya İsveçrə yığması ilə heç-heçə edib - 1:1.

Milli.Az


Etiketlər:  Almaniya millisinin baş məşqçisi İsveçrə güclü rəqibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ