Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub

Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub

Tarix: 24 Iyun 2024 07:10

Yəməndə husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz aparatı vasitəsilə vurduqlarını açıqlayıblar.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, husilərin sözçüsü Yəhya Seri açıqlamasında "Transworld Navigator" adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz aparatı ilə hədəf alındığını deyib.

Seri həmçinin "Stolt Sequoia" adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə müvəffəqiyyətlə vurulduğunu açıqlayıb.

Onun sözlərinə görə gəmilər "işğal olunmuş Fələstin limanlarına giriş qadağasını" (husilərin elan etdiyi qadağa) pozduqları üçün vurulublar.


Etiketlər:  Husilər Qırmızı dəniz Hind okeanında gəmini vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ