Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Murat Yakın: Məğlub olmadığımız üçün şadam

Murat Yakın: Məğlub olmadığımız üçün şadam

Tarix: 24 Iyun 2024 07:30

Məğlub olmadığımız üçün şadam.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

Türkiyə əsilli mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə danışıb.

"Məğlub olmadığımız üçün şadam. Almaniya kimi rəqibə qarşı layiqli mürbarizə apardıq. Qrupu birinci sırada başa vurmaq üçün əlimizdən gələni etdik, təəssüf ki, olmadı. Lakin 1/8 finala vəsiqə qazandıq, bunun üçün sevinirik. Növbəti oyuna hazırlaşacağıq, 1 həftə vaxtımız var" -, deyə o, bildirib.

Qeyd edək ki, İsveçrə yığması 1/8 finalda B qrupunun ikincisi ilə üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  Murat Yakın Məğlub olmadığımız üçün şadam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ