Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada Orbanın kortejini müşayiət edən polis qəza nəticəsində ölüb

Almaniyada Orbanın kortejini müşayiət edən polis qəza nəticəsində ölüb

Tarix: 24 Iyun 2024 22:42

Macarıstanın Baş naziri Viktor Orbanın kortejini motosikletlə Ştutqart hava limanına qədər müşayiət edən Almaniyanın polis əməkdaşı qəzaya düşüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "FOCUS online" məlumat yayıb.

Nəşrə görə, o, aldığı xəsarətlərdən ölüb, daha bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qəza nəqliyyat vasitələrindən birinin kordonu görməyərək kortejin hərəkət etdiyi yola çıxması səbəbindən baş verib. Nəticədə yerli sakinin avtomobili iki polis motosikleti ilə toqquşub.

Orban dünən Ştutqartda keçirilən Macarıstan və Şotlandiya milliləri arasında baş tutmuş matçı izləyib. Günün birinci yarısında o, nümayəndə heyəti ilə hava limanına gedib. Onun korteji zərər çəkməyib.

Milli.Az


Etiketlər:  Almaniyada Orbanın kortejini müşayiət edən polis qəza nəticəsində ölüb


RƏYLƏR