Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2024 07:45
Rusiyalı müğənnilər "Shaman" və Polina Qaqarinanın adları Avropa İttifaqı sanksiya siyahısına daxil edilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında dərc olunmuş sənəddə deyilir.
Yaroslav Dronovun (Şaman) daxil olmasına səbəb onun Kremlin təşkil etdiyi konsertlərdə, eləcə də ilhaq edilmiş ərazilərdə çıxışlarında iştirakıdır. "Dronov Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirən hərəkətləri və siyasəti dəstəkləyir", - AK bildirib.
"Polina Qaqarina müntəzəm olaraq dövlət təbliğat tədbirlərində, məsələn, Ukraynanın dörd vilayətinin qanunsuz ilhaqı və ya Krımın ilhaqının ildönümü şərəfinə çıxış edir. Beləliklə, o, Ukraynanın ərazi bütövlüyünə xələl gətirən hərəkətləri dəstəkləyir", - sənəddə deyilir.