Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO

Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO

Tarix: 25 Iyun 2024 18:24

İnternetdə Mahaçqalada baş vermiş dəhşətli hadisəni əks etdirən müşahidə kameralarının videosu yayılıb.

Milli.Az Oxu24.com-a istinadən xəbər verir ki, görüntülər "Burada Dağıstan" Telegram kanalında yayımlanıb.

"Cinayətkarların olduğu avtomobil işıqforda dayanır, polislər məcbur qalıb dayanıblar və enən kimi polis maşınına atəş açmağa başlayıblar", - nəşr yazır.

Kadrlardan görünür ki, tıxacda qalan avtomobillər atışma başlayandan sonra sürətlə qarşıdan gələn nəqliyyatın yoluna daxil olmağa başlayıb.

İyunun 23-də Dağıstan Dərbəndində bir neçə nəfər Lenin küçəsində yerləşən Müqəddəs Məryəm Şəfaət kilsəsinə və Tağı-Zadə küçəsindəki Kələ-Numaz sinaqoquna hücum edərək onları avtomatlardan atəşə tutub. Eyni zamanda Mahaçqalada silahlılar atəş açıb. Ermoşkin küçəsində yol polisi postu və yaxınlıqdakı sinaqoq atəşə tutulub. Orconikidze küçəsindəki Müqəddəs Aspir kilsəsi yaxınlığında da atışma olub. Polis hücum edənlərdən beşini öldürüb.

Hadisə zamanı 23 nəfər ölüb.

Milli.Az


Etiketlər:  Ötən gün polislər belə GÜLLƏLƏNİB ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ