Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Panik atak beyin yox, diafraqma problemidir

Panik atak beyin yox, diafraqma problemidir

Tarix: 25 Iyun 2024 18:57

"Panik atak əslində beynimizdə yox, qarnımızda hücuma başlayır. Onun qarşısını düzgün nəfəs alıb verməklə kəsmək olar". 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu fikirləri türkiyəli psixoterapevt Eda Albayram səsləndirib.

"İnsanların çoxu doğru nəfəs almır, çoxumuz ağciyərlərimizi hava ilə doldursa da, qarın boşluğunda, diafraqmada nəfəs, hava olmur. Diafraqmın alt tərəfi aldığımız oksigenin 80 faizini, ağciyərlər 20 faizini udur. Aldığımız oksigenin dörddə biri beynimizə gedir. Sadəcə ağ ciyərimizə oksigen alıb, bunun da yalnız n stress yaşayır və orqanizmi təlatümə gətirir.

Beyin zəif oksigen alanda nəbzin sürətini artıraraq yaşam funksiyasını  gücləndirməyə çalışır. Ürək döyüntüsü şiddətlənir. Panik atak da bu səbəblə yaranır", - həkim bildirib.

O, panik atak başlayanda  sadəcə dərin nəfəs məşqləri ilə bunun qabağını almağı məsləhət bilib: "Başlayan panik atakdan dərhal qurtulmaq üçün təmiz havaya çıxıb 10 dəfə dərindən nəfəs alıb vermək lazımdır".


Etiketlər:  Panik atak beyin diafraqma problemidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ