Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2024 20:16
Ermənistanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması ilə bağlı heç bir risk görmürəm.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev "Primakov oxunuşları" elmi forumu çərçivəsində "News.ru"nun müxbirinin sualını cavablandırarkən deyib.
"Böyük təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan son vaxtlar MDB-nin bir çox forumlarında iştirak etməyib. Fikrimcə, bu, MDB üçün pis haldır, bunu baş katib kimi deyirəm. Amma bir çox ekspertlər etiraf edirlər ki, bu, həm də Ermənistan üçün də pisdir", - o bildirib.
S.Lebedev vurğulayıb ki, bu məsələdə Qərbin Ermənistana qarşı böyük təzyiqlər etdiyini görür: "Nəticədə bəzi hallarda Qərb Ermənistanı anti-Rusiya mövqeyi tutmağa və ya MDB çərçivəsində əməkdaşlığını məhdudlaşdırmağa sövq edir".