Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2024 18:36
"Avropa çempionatında favoritim Almaniya millisidir"
Sonxeber.net xəbər verir ki, bunu İdman.Biz-ə Əməkdar artist Xumar Qədimova deyib.
İllərdir ki, futbol azarkeşi olan sənətçi Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Bundestimlə yanaşı, Gürcüstan millisinin oyunlarını da böyük maraqla izləyir: "Almaniyanın çempion olmasını çox istəyərdim. Manuel Noyer, Toni Kroos bu komandanın ən çox rəğbət bəslədiyim oyunçularıdır. Gürcüstan millisinin də final mərhələsində olması sevindiricidir. Hətta Türkiyə ilə oyunda onları dəstəkləyirdim, çünki bu, Gürcüstanın ilk təcrübəsi idi".
Qeyd edək ki, Almaniya millisi 7 xalla qrup qalibi kimi mərhələ adlayıb. 2 turdan sonra aktivində 1 xalı olan Gürcüstanın taleyinə isə bu gün keçiriləcək matçlardan sonra aydınlıq gələcək. Qonşularımız Portuqaliya ilə oynayacaq.