Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həddindən artıq ağrıkəsici qəbulu orqanizmdə nələrə səbəb olur?

Həddindən artıq ağrıkəsici qəbulu orqanizmdə nələrə səbəb olur?

Tarix: 26 Iyun 2024 19:00

Mədə sağlamlığının ən böyük düşməni şüursuz istifadə edilən ağrıkəsicilərdir. Qastroenterologiya mütəxəssisi Sedef Kuranın bildirib ki, ağrıkəsicilər mədə mayesində prostaqlandin balansını dəyişdirərək mədədə qıcıqlanma yaradır. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, mədəmizdə qan axını azaldaraq qastrit, xora kimi xəstəliklər təkrarlanır:

"Sonrakı dövrlərdə xəstə təcili yardıma müraciət edir. Ağrı kəsicilərin və Helicobacter Pylori bakteriyalarının qastrit və xora kimi xəstəliklərin əmələ gəlməsində çox əhəmiyyətli təsirə malikdir. Gərgin stressli həyat, turşu və hazır qidalar, siqaret və spirtli içkilərdən istifadə, ağrıkəsicilər, revmatizmin müalicəsində istifadə olunan dərmanlar, Helicobacter Pylori infeksiyası mədədə toxumaların zədələnməsinə səbəb olur. Mədə hüceyrələrini turşu kimi zərərli faktorlardan qoruyan maye ilə əhatə olunmuş bir quruluşa malikdir. Xüsusilə şüursuz şəkildə istifadə edilən ağrıkəsicilər və buna bənzər dərmanlar buradakı quruluşu tamamilə zədələyir. Bəzi insanlar xroniki olaraq ağrıkəsicilərdən asılı bir həyat sürürlər. Həssas quruluş mədəmiz bu faktorlara qarşı çıxa bilmir və hüceyrələr toxuması pozulur və mədə hüceyrələri zədələnir".


Etiketlər:  Həddindən artıq ağrıkəsici qəbulu orqanizmdə nələrə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ