Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcma sədri: Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri dialoqa töhfədir

İcma sədri: Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri dialoqa töhfədir

Tarix: 26 Noyabr 2019 10:18

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bəyanat yayıb.

Trend-ə daxil olan bəyanatda deyilir: "Məlum olduğu kimi, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqı səfərlər ediblər.

Səfəri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun Bakı, Yerevan və Xankəndində olan nümayəndələri təşkil ediblər.

Səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyəti nümayəndələri və tədqiqat mərkəzləri görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən provaslav rus, yəhudi, katolik kilsələləri ilə tanış olub, ASAN xidmət, DOST Mərkəzi, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin erməni jurnalistlər Bakının mərkəzində olan və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar.

Erməni jurnalistləri ilə görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak edib".

Bəyanatda qeyd olunur ki, erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühit, sülh və sabitlik, dövlətin vətəndaşa göstərdiyi xidmətlər, regionların çiçəklənməsini öz gözləri ilə görüb və tanış olublar: "Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar.

Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.

Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabag bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İcma sədri Azərbaycanlı erməni jurnalistlərin qarşılıqlı səfərləri dialoqa töhfədir


RƏYLƏR