Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə də xəbərdarlıq edi: Livanı tərk edin

Səudiyyə də xəbərdarlıq edi: Livanı tərk edin

Tarix: 30 Iyun 2024 07:56

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Hizbullahla İsrail arasında yaranan gərginlikdən dolayı vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Səudiyyə Ərəbistanının səfirliyi Livanın cənubunda baş verən hadisələri diqqətlə izləyir, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa, həmçinin orada olan vətəndaşlarını dərhal Livan ərazisini tərk etməyə çağırır", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, iyunda İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Artıq bir sıra ölkələr vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırıb.


Etiketlər:  Səudiyyə xəbərdarlıq Livanı tərk edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ