Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sibir buzlaqlarından 44 min illik canavar tapıldı: Mədəsindən görün nə çıxdı

Sibir buzlaqlarından 44 min illik canavar tapıldı: Mədəsindən görün nə çıxdı

Tarix: 30 Iyun 2024 13:54

44.000 ildən sonra Sibirin əbədi buzlaqlarından qədim canavar tapılıb. Mütəxəssislər Rusiyanın şərqindəki Yakutiyada tapılan yetkin erkək canavarın təəccüblü dərəcədə yaxşı qorunub saxlanmış kürkü, sümükləri və hətta daxili orqanları, həmçinin dişləri və sümük toxumasına malik olduğunu bildiriblər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, canavar Yakutskdakı Şimal-Şərqi Federal Universitetinin Mamont Muzeyinin laboratoriyasına aparılıb.

Canavar yerli sakinlər tərəfindən Rusiyanın ən soyuq bölgəsi olan Yakutiyanın Abyiski rayonunda Tirextyax çayı yaxınlığında, təxminən 130 fut dərinlikdə əbədi donmuş ərazidə aşkar edilib.

Mütəxəssislər onun belə bir parçalanmaya məruz qalan məlum olan ən qədim canavar olduğunu deyiblər.

"O, aktiv və iri yırtıcı olub. Bizim onun necə qidalandığını öyrənmək imkanımız var, cünki mədəsində yediyi ovunun qalıqları hələ də var" deyə Mamont Muzeyinin laboratoriyasının rəhbəri, doktor Maksim Çeprasov bildirib. O deyib ki, alimlər tapıntının bioloji yaşını müəyyən etmək üçün kiçik azı dişini çıxarıblar:

"Lakin dişlərin aşınmasına və sagittal silsilənin inkişafına əsaslanaraq, bunun yetkin bir erkək canavar olduğunu artıq deyə bilərik".

Canavarın tapıldığı permafrost hətta yay aylarında belə daimi olaraq donmuş vəziyyətdə qala bilən torpaqdır. Permafrostda tapılan qədim qalıqlar indiyə qədər tapılan ən tam qalıqlardandır, çünki buz üzvi maddələrin parçalanmasının qarşısını alır.


Etiketlər:  Sibir buzlaqlarından illik canavar tapıldı Mədəsindən görün çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ