Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 10:12
2024-cü ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular bəlli olub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, İFFHS-in siyahısında milli komandada və qitə kuboklarında ən çox fərqlənən oyunçular daxil edilib.
Mərakeş millisinin və "Olimpiakos"un futbolçusu Ayub El-Kaabi 14 qolla cədvələ başçılıq edir. Akram Afif (Qətər, "Əl-Sədd") 11 qolla ikinci, Aymen Huseyn (İraq, "Al-Quva") 10 qolla üçüncüdür.
Hazırda davam edən Amerika kubokunda məhsuldarlığı ilə seçilən Solomon Rondon 4-cü yeri bölüşür. Venesuela millisinin və "Paçuka"nın oyunçusu 10 qol vurub. Ən yaxşı avropalı Harri Keyndir. İngiltərə millisi və "Bavariya"nın hücumçusu 7 dəfə fərqlənib.
Qeyd edək ki, siyahıya ən azı 6 qol vuran 25 futbolçu yer alıb.