Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 13:30
Vətəndaşların əksəriyyətinin seçkilərdə iştirak etməməsi onların acıqlı olmalarına görədir. Mən öz adımdan bu günə kimi olanlara görə xalqdan üzr istəyirəm.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri keçmiş xarici işlər naziri, Məsud Pezeşkianın seçki qərargahının üzvü Məhəmməd Cavad Zərif özünün X hesabında yazıb.
Seçici aktivliyinin aşağı olduğunu deyən keçmiş nazir bunun səbəbinin xalqın hakimiyyətdən narazı olmasında görüb:
"Mühacirət etmək istəmirsinizsə, seçkidə iştirak edin".
Qeyd edək ki, 28 iyunda keçirilən prezident seçkilərinin birinci turunda seçicilərin 40%-dən bir qədər çoxu iştirak edib.
5 iyulda keçiriləcək ikinci turda Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.