Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərnişinlər dəhşətli anlar yaşadılar: 30 nəfər yaralandı - FOTOlar

Sərnişinlər dəhşətli anlar yaşadılar: 30 nəfər yaralandı - FOTOlar

Tarix: 2 Iyul 2024 15:00

İspaniyanın paytaxtı Madriddən Uruqvayın Montevideo şəhərinə uçuş zamanı güclü turbulentlik səbəbindən 30 nəfər xəsarət alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə "Air Europa" aviaşirkətinə məxsus təyyarədə baş verib. "Boeing-787 Dreamliner" Braziliya ərazisi üzərindən uçarkən turbulent zonaya düşüb. Hadisə səbəbindən pilot təyyarəni Braziliyanın Natal şəhərində təcili olaraq endirməli olub.

Sərnişinlərin sözlərinə görə, pilot turbulentlik hiss edə biləcəkləri barədə xəbərdarlıq edib və onların təhlükəsizlik kəmərlərini bağlamalarını istəyib. Lakin pilotun elanından sonra uzun müddət ərzində silkələnmə cüzi olub.

"Çox az turbulentlik var idi, demək olar ki, hiss olunmurdu, birdən təyyarə kəskin şəkildə düşməyə başladı və hamımız yerimizdən sıçradıq. Kəməri bağlı olmayanlar sözün həqiqi mənasında uçdular", - deyə şahidlərdən biri xatırlayıb.

Bununla bağlı yayılan kadrlardan görünür ki, bəzi sərnişinlər hətta baqaj bölmələrinin içinə düşüblər: oradan çıxmaq üçün onlara yoldaşlarının köməyi lazım olub.

Digər sərnişin təyyarədə baş verənlərin əsl dəhşət filmlərini xatırlatdığını deyib.

"Sən son sürətlə düşdüyünü başa düşürsən və fikirləşirsən ki, hər şey bununla bitəcək, öləcəksən", - deyə o hisslərini bölüşüb.

Sərnişinlər qeyd ediblər ki, təyyarənin sərbəst düşməsi təxminən səkkiz saniyə davam edib. Onların fikrincə, bu müddət ərzində hava gəmisi kəskin şəkildə 500 metr enib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Etiketlər:  Sərnişinlər dəhşətli anlar yaşadılar nəfər yaralandı FOTOlar


RƏYLƏR