Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Wednesday" İrlandiyada çəkilən ən bahalı layihə olacaq

Tarix: 3 Iyul 2024 00:35

"Netflix"də yayımlanan "Wednesday" serialının ikinci mmövsümü İrlandiyada çəkiləcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Ekran işinin çəkilişləri ölkə tarixində ən bahalı layihə olacaq.

Bu münasibətlə İrlandiyanın Baş Naziri Saymon Harris çəkiliş meydançasına baş çəkib. O, serialın rejissoru Tim Börton və bir neçə irlandiyalı prodüserlə görüşüb.

Qeyd edək ki, "Wednesday"in ilk mövsümünün çəkilişləri Rumıniyada aparılıb. Layihədə baş rolları Cenna Orteqa, Ketrin Zita-Cons və Luis Quzman canlandırıb.

Milli.Az


Etiketlər:  Wednesday İrlandiyada çəkilən ən bahalı layihə olacaq


RƏYLƏR