Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2024 10:44
Avropa Birliyi Komissiyası geni dəyişdirilmiş iki qarğıdalı bitkisinin istehlakına icazə verildiyini açıqlayıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, iki qarğıdalı növündən birinə qida olaraq, digərinə isə heyvan yemi kimi istifadəsinə icazə verilib.
Təsdiq edilmiş qarğıdalı növləri qiymətləndirmə prosedurundan keçib.
Geni dəyişdirilmiş qarğıdalıların ənənəvi sortlar qədər təhlükəsiz olduğu qənaətinə gəlinib.
Açıqlamada qeyd olunub ki, qarğıdalı sortlarına verilən icazə 10 il müddətində qüvvədə olacaq.