Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2024 12:52
Yuliya Navalnaya federal axtarışa verilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Potok" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Yuliya Navalnaya ekstremist cəmiyyətdə iştirakda ittiham olunur. Bundan əlavə onun 75.5 milyon rubl dəyərində məbləğin leqallaşdırılmasında iştirakı araşdırılır.
Qeyd edək ki, Yuliya Navalnaya Korrupsiyaya qarşı mübarizə Fondunun yaradıcısı, müxalif siyasətçi, bu ilin fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının həyat yoldaşıdır.