Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2024 19:50
İran prezidentliyinə namizəd, Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili əslən əfqanıstanlıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ona yaxın şəxslər məlumat yayıblar.
"Səid Cəlilinin atası Əfqanıstanın Calalabad bölgəsindəndir. O, İkinci Dünya müharibəsindən sonra İrana köçüb və rəsmi sənədlərə əsasən 1951-ci ildə ona İranın şəxsiyyət vəsiqəsi verilib", - məlumatda bildirilib.
Qeyd edək ki, Səid Cəlili 6 sentyabr 1965-ci ildə Məşhəd şəhərində anadan olub.