Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2024 20:12
Co Bayden və Donald Tramp arasındakı debat demokratlar üçün ağır zərbə olub və keçmiş ABŞ prezidentinin vəzifəyə qayıtma şansını artırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müzakirələr zamanı Bayden bəzən danışığını itirir, səhv danışır və çox da inandırıcı görünmürdü.
Bundan sonra Baydenə yaxın mənbələr onun seçkidən namizədliyini geri götürə biləcəyini bildirib. O vaxtdan bəri potensial yeni Demokrat partiyanın namizədi ilə bağlı müzakirələr getdikcə artır. Seçimlərdən biri ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama idi.
Bununla belə, birinci xanım həmişə böyük siyasi ambisiyaları olduğunu inkar edib.
Məlumata görə, Mişel Obamanın ofisi onun 2024-cü ildə prezidentliyə namizəd olmayacağını təsdiqləyib.