Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2024 20:18
Böyük Britaniyanın yeni xarici işlər və müdafiə nazirləri təyin olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə qərarı baş nazir Kir Starmer imzalayıb.
Qərarda göstərilib ki, xarici işlər naziri vəzifəsinə Devid Lemmi, müdafiə naziri postuna isə Con Hili gətirilib.
Bundan əlavə, yeni hökumətdə daxili işlər naziri vəzifəsini İvett Kuper, maliyyə naziri postunu isə Reyçl Rivz tutacaq.