Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2024 22:26
ABŞ bu həftə sonu Nigerdəki kiçik bazadan bütün qoşunlarını və hərbi texnikasını çıxaracaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Associated Press məlumat yayıb.
Avqustda daha 500 ABŞ əsgəri pilotsuz təyyarələr bazasını tərk edəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin general-mayoru Kennet Ekmanın nəşrə verdiyi məlumata görə, Nigerdə hakim siyasi qrupla razılaşmanın şərtləri bunlardır. Qoşunların çıxarılması üçün son tarix sentyabrın 15-dir.
Agentlik yazır ki, Nigerdəki Amerika bazaları Əl-Qaidə və İŞİD yaraqlılarına qarşı əməliyyatlar keçirmək üçün istifadə olunub.