Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2024 23:16
Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında baş tutan İngiltərə - İsveçrə matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sonxeber.net "report"a istinadən bildirir ki, qarşılaşmanın ən yaxşısı İngiltərə yığmasının üzvü Bukayo Saka olub.
Qeyd edək ki, B.Saka İngiltərə - İsveçrə matçının 80-ci dəqiqəsində İngiltərə yığmasının bərabərlik qolunu vurub. Oyun penaltilər seriyasına qədər uzanıb və İngiltərə komandası zərbələri daha dəqiq yerinə yetirərək (5:3) yarımfinala vəsiqə qazanıb.