Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO-2024: Yarımfinal cütləri BİLİNDİ

AVRO-2024: Yarımfinal cütləri BİLİNDİ

Tarix: 7 Iyul 2024 01:16

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında keçirilən son görüşlərdən sonra yarımfinal cütləri müəyyənləşib.

1/4 finalda Almaniya yığmasını məğlub edən İspaniya, Portuqaliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Fransa ilə üz-üzə gələcək.

Digər yarımfinal qarşılşamasında isə Niderland İngiltərə ilə münasibətlərə aydınlıq gətirəcək. İngiltərə 1/4 finalda İsveçrəni penaltilər seriyasında məğlub edib (5:3). Niderland isə Türkiyə yığmasından üstün olub - 2:1.

Avropa çempionatı

Yarımfinal cütləri

İspaniya - Fransa

Niderland - İngiltərə

Qeyd edək ki, yarımfinal görüşləri 9-10 iyulda keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Milli.Az


Etiketlər:  AVRO 2024 Yarımfinal cütləri BİLİNDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ