Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də NATO əleyhinə aksiya keçirilir

ABŞ-də NATO əleyhinə  aksiya keçirilir

Tarix: 7 Iyul 2024 10:42

ABŞ-də NATO sammiti ərəfəsində etiraz aksiyası keçirilir, iştirakçılar alyansın ləğvinə və Birləşmiş Ştatların bütün dünyada hərbi bazalarının bağlanmasına çağırırlar.

Milli.Az report-a istinadən xəbər verir ki, NATO-nun sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

Aksiya iştirakçıları Vaşinqtonun mərkəzindəki Presviterian kilsəsinin böyük zalında toplaşıblar. Salondakı plakatlardakı şüarlar "NATO-ya müqavimət göstərin! Hüquqlar və azadlıq uğrunda xalq mübarizəsini dəstəkləyin", "ABŞ imperializmini dayandırın" və "NATO tərəfindən dəstəklənən müharibəyə son! ABŞ bazalarını bağlayın! ABŞ ordusu-Afrika, Asiya və Latın Amerikasından çıxın!" - yazılıb.

İclasda müxtəlif ştatlardan olan mülki fəal qrupların rəhbərləri, Manilanın Vaşinqtonun Cənubi Çin dənizində əməliyyatlara kömək təklifindən imtina etməsi fonunda ABŞ-nin Filippinlə hərbi əməkdaşlığının dayandırılmasını müdafiə ediblər.

Milli.Az


Etiketlər:  ABŞ NATO əleyhinə aksiya keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ