Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' daha bir ulduzu transfer edir

''Real'' daha bir ulduzu transfer edir

Tarix: 8 Iyul 2024 21:26

"Bayern"in və Almaniya millisinin 29 yaşlı yarımmüdafiəçisi Coşua Kimmix tezliklə Münhen klubunu tərk edə bilər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

"Real" bu yay Kimmixi transfer etmək istəyir. Coşuanın karyerasını bitirən həmyerlisi Toni Kroosu əvəzləyəcəyi planlaşdırılır.

Madrid klubunun ciddi rəqibləri var - PSJ və "Barselona". Qeyd olunur ki, "Bayern" ulduz futbolçusu üçün 40-50 milyon avro almaq istəyir.

Ötən mövsüm Kimmix "Bayern"in heyətində 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, bu yay "Real" ilk "transfer bombası"nı partladıb. "Qalaktikos" fransalı ulduz Kilian Mbappeni azad agent statusu ilə heyətinə qatıb.


Etiketlər:  Real daha ulduzu transfer edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ