Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabiq erməni nazirin ABŞ-dəki malikanəsi müsadirə olundu

Sabiq erməni nazirin ABŞ-dəki malikanəsi müsadirə olundu

Tarix: 8 Iyul 2024 21:52

ABŞ məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Ancelesdəki malikanənin müsadirə edilərək ən yüksək bazar qiymətinə satılması barədə qərar qəbul edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, malikanə cinayət mənşəli mülkiyyət sayılır. Məhkəmə malikanənin müsadirə edilməsi və satılması barədə qərarı Ermənistan Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanlarının əməkdaşlığı nəticəsində qəbul edib. Hazırda erməni və amerikalı tərəflər malikanənin satışından əldə ediləcək məbləğin böyük hissəsinin Ermənistana qaytarılmasını təmin etmək üçün danışıqlar aparır.

Qeyd edək, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsi bundan əvvəl keçmiş nazirin oğulları - Qurgen və Artem Xaçatryanlara qarşı cinayət işi açıb. Ermənistan və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində ABŞ-də müvafiq məhkəmə prosesi başlayıb. 

Bundan əlavə, aprel ayında Ermənistanın Baş Prokurorluğu Qaqik Xaçatryan və ona bağlı şəxslərdən 200 daşınmaz əmlakın və təxminən 84 milyon dolların müsadirə olunmasını tələb edib.


Etiketlər:  Sabiq erməni nazirin ABŞ dəki malikanəsi müsadirə olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ