Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2024 18:40
Amerikalıların Cənubi Qafqazda peyda olması regionda münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 15-24 iyulda keçiriləcək Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib.
"Bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək. Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır", - o vurğulayıb.
Onun sözlərinə görə, Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir: "Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib".