Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Neftçi”nin təklifindən imtina etdi – Ramin Musayev niyə geri çəkilir?

“Qarabağ” “Neftçi”nin təklifindən imtina etdi – Ramin Musayev niyə geri çəkilir?

Tarix: 7 May 2019 17:04

"Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunun "Qarabağ"la ev oyununun "Bakcell Arena"da keçirilməsini istəmir. Paytaxt klubunun rəhbərliyi və azarkeşləri Ağdam təmsilçisinin çempionluğu onların meydanında qeyd etməsinin əleyhinədir. Səbəb olaraq isə “Qarabağ” azarkeşlərinin təhlükəsizliyini təmin edə bilməyəcəklərini göstərirlər. Hətta yerdəyişmə məsələsinin "Qarabağ"ın "Səbail"i məğlub edib çempionluğu rəsmiləşdirdiyi görüşdən dərhal sonra müzakirə olunduğu bildirilir.

Qol.az-ın əldə etdiyi xəbərə görə, paytaxt təmsilçisi artıq bununla bağlı "Qarabağ"a müraciət edib. Onlar matçın Ağdam klubunun ev matçlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmasını təklif ediblər. Ancaq qarşı tərəf bundan imtina edib.

Digər məlumata görə isə "Qarabağ"dan istədiyi cavabı ala bilməyən "Neftçi" rəhbərliyi oyunun "Dalğa Arena"ya salınması üçün hazırda Peşəkar Futbol Liqası ilə danışıq aparır. "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev də "sport24.az" saytına açıqlamasında xəbəri təsdiqləyib: “İndi qəti bir söz deyə bilmirəm. Çünki rəsmi qərar qəbul edilməyib. Hazırda klubumuz bu məsələylə bağlı AFFA və PFL-lə müzakirələr aparır. Həmin müzakirələrin yekununda son matçımızın hansı stadionda baş tutacağına dair futbol ictimaiyyətinə açıqlama veriləcək. Hələ ki, müzakirələr getdiyindən, PFL-ə rəsmi müraciət etməmişik”.

Peşəlar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a bildirib ki, əvvəlcədən elan olunduğu kimi oyunun “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulur: “Biz bu gün səhər bununla bağlı rəsmi açıqlama yaymışıq. Qərarımızda hər hansı dəyişiklik yoxdur”.

Qol.az-ın əldə etdiyi digər xəbərə görə, bu açıqlamadan sonra “Neftçi” tərəfi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə müraciət edib. Qurumun rəhbəri bununla bağlı məsələyə hələlik özü münasibət bildirməyib. Lakin bildirilir ki, Ramin Musayev ona edilən müraciətlərdən sonra bu gün yaydığı açıqlamadan geri çəkilərək oyunu “Dalğa Arena”ya salmaq barədə düşünür.

 


Etiketlər:  Qarabağ Neftçinin təklifindən imtina etdi Ramin Musayev niyə geri çəkilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ