Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2024 20:16
Beynəlxalq ictimaiyyət Qəzza zolağında atəşkəs məsələsində İsrailə təzyiq göstərməlidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"İsrailin Qəzzada atışmanı dayandırmaq istəyi yoxdur. Onun HƏMAS-ın atəşkəs təklifindən imtina etməsi çıxılmaz vəziyyət yaradıb. Mən beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıram. Münaqişənin genişlənməsi, Qəzzadakı hər hansı yanlış addım qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər", - deyə Fidan səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan Əl Səud ilə danışıqlardan sonra bildirib.