Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis Trampa atəş açan şəxslə bağlı şok detalı açıqladı

Polis Trampa atəş açan şəxslə bağlı şok detalı açıqladı

Tarix: 15 Iyul 2024 12:06

ABŞ-nin keçmiş prezidenti Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə sui-qəsd cəhdindən bir neçə dəqiqə əvvəl polis əməkdaşı snayper görüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, atəş açan şəxs fabrik binasının damında olub. İlk olaraq onu tədbir iştirakçıları görüblər və polisə məlumat verilib. Zabit pilləkənlərlə yuxarı qalxıb və Tomas Metyu Kruksla qarşılaşıb. O, silahı polisə tuşlayıb və polis pilləkənlərlə geriyə enməyə başlayıb. Bir neçə dəqiqə sonra Kruks Trampa və kütləyə atəş açıb, həm eks-prezidentin özünü, həm də bir neçə tamaşaçını yaralayıb.

Qeyd edək ki, Donald Trampa sui-qəsd cəhdi iyulun 13-də axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən çıxarılaraq xəstəxanaya yerləşdirilib. İlkin yardım aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.


Etiketlər:  Polis Trampa atəş açan şəxslə bağlı şok detalı açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ