Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AVRO-2024-ün yayımı zamanı partlayış: Ölənlər və yaralananlar var - VİDEO

AVRO-2024-ün yayımı zamanı partlayış: Ölənlər və yaralananlar var - VİDEO

Tarix: 15 Iyul 2024 12:12

Somalinin paytaxtı Moqadişo şəhərində AVRO-2024-ün yayımı zamanı partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Shabelle" teleradio şirkəti məlumat verib.

Məlumata görə, yerli əhalinin futbol üzrə Avropa çempionatının İngiltərə və İspaniya milliləri arasında keçirilən final matçını izlədiyi məşhur kafenin yaxınlığında bomba qoyulmuş avtomobil partladılıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  AVRO 2024 yayımı zamanı partlayış Ölənlər yaralananlar VİDEO


RƏYLƏR